Sətəm Siyasəti

İşin hər mərhələsində səmərəliliyi artırmaq üçün,
“Faber Construction MMC” sətəm sahəsində hər növ bey- nəlxalq idarəetmə standartlarına uyğun olaraq,uğurla audit olunub və sertifikatlaşdırılıb.
“Faber Construction MMC”-nin siyasətinin hədəfi - ən yüksək keyfiyyət,sağlamlıq, təhlükəsizlik və ətraf mühiti qoruyaraq iş fəaliyyətini həyata keçirməkdir.
Hər zaman keyfiyyətli iş icra etmək məqsədi tutan şirkə- timiz,özünün və bizimlə əməkdaşlıq edən şirkət işçilərinin təhlükəsizliyini, sağlamlığını və əmək şəraiti diqqət altında saxlayır.
Şirkətimizdə sətəm sahəsində,yerli qanunlara və beynəlxalq standartlara tam uyğun olması üçün şirkətdə xüsusi mütəxəs- sislər tərəfindən idarə olunur,nəzarət aparılır.
“Faber Consturuction MMC”-nin hədəfi,adına uyğun olaraq, bütün yerli və beynəlxalq qanun və tələblərə, standartlara və müqavilə şərtlərinə nəyinki uyğun gəlmək,onları üstələməkdir. Biz inanırıq ki, keyfiyyət, sağlamlıq və təhlükəsizlik sahələ- rində yüksək səviyyəli iş icrası, iş uğrunu müəyyən edir və bu sahələrdə, vəzifəsindən asılı olmayaraq, bütün işçilərin məsuliyyətini tələb edir.

ÖHDƏLİKLƏRİMİZ:

Sətəm idarə sisteminin tələblərinə riayət etmək və davamlı olaraq effektini təkmilləşdirmək, daimi özünü və görülən işləri təkmilləşdirmə yolu ilə sətəm risklərini idarə etmək və riskləri minimuma endirmək.
Xəsarətlərin və sağlamlığa təhlükələrin qarşısını almaq və sətəm idarəçilik sistemini davamlı olaraq təkmilləşdirmək üçün təhlükələri aşkarlamaq, riskləri qiymətləndirmək və nəzarət sahələrini müəyyən etmək.
Bütün sətəm sahəsində tələb olunan icrasını təmin etmək üçün, onlara bu sahədə öz öhdəsinə düşən işləri lazımi səviy- yədə başa salmaq və kifayət qədər təlimatlandırılmasından əmin olmaq.

Şirkətimizdə işləyən işçilərə sətəm standartlarına uyğun davranışı, vəzifəsindən asılı olmayaraq, bütün “Faber Construction MMC” işçilərinə və şirkətimizlə iş birliyi olan bütün işçilərə şamil edilən bir standart tələb olmasını bildirmək.
Və sonunda, şirkətin bütün işçiləri, gördüyü işlə bağlı və işdə düzgün davranmağa aid, sətəm sahəsinə aid olan təhlükələri və riskləri lazımi səviyyədə bilmək məsuliyyəti daşıyır ki, onların ziyanının qarşısını alsın və aradan qaldırsın.
Bütün “Faber Construction MMC” işçiləri və şirkətimiz- lə iş birliyi olan bütün işçilər öz vəzifələrini icra etmək məsuliyyəti daşımalıdır və sətəmə aid öhdəlikləri yerinə yetirməlidir.